Şahdağ Turizm Mərkəzində dəhşətli anlar: Sərnişinlə dolu kanat qəfil dayandı… – VİDEObackend

Şahdağ Turizm Mərkəzində dəhşətli anlar: Sərnişinlə dolu kanat qəfil dayandı… – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şahdağ Turizm Mərkəzində hər kəsi təşvişə salan hadisə baş verib. İçi sərnişinlərlə dolu olan kanat yolu hərəkətdə olarkən qəfil dayanıb. Nəticədə onlarla insan yüksək hündürlükdə, havada asılı vəziyyətdə qalıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Denmedia.az-a hadisə şahidləri məlumat verib.

Hadisə baş verən an ərazidə böyük həyəcan yaşanıb. Sərnişinlərin kömək çağırışları eşidilib, turistlər arasında panika yaranıb. İlkin məlumata görə, kanat uzun müddətdir hərəkətsiz vəziyyətdədir.

Dərhal ərazi nəzarətə götürülüb, aidiyyəti qurumların əməkdaşları hadisə yerinə cəlb olunub. Xilasetmə tədbirlərinin görülməsi üçün hazırlıqlar aparılır. Hazırda sərnişinlərin təhlükəsiz şəkildə endirilməsi istiqamətində işlər davam etdirilir.

Hadisənin səbəbləri hələlik açıqlanmayıb. Rəsmi qurumlardan əlavə məlumat gözlənilir.

Əvvəlcədən bilet alan şəxslər sifarişlərini geri çəkməyə çalışır.

Qeyd edək ki, Şahdağ Turizm Mərkəzi ölkənin ən çox ziyarət edilən istirahət məkanlarından biridir və baş verən bu hadisə ictimaiyyət arasında ciddi narahatlıq doğurub.