Zaqatalada yol qəzası baş verib, xəsarət alanlar var – VİDEObackend

Zaqatalada yol qəzası baş verib, xəsarət alanlar var – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə günorta saatlarında Zaqatala-Aşağı Tala avtomobil yolunda baş verib.

NOCOMMENT.az xəbər verir ki, rayonun Yuxarı Tala kənd sakinləri olan 24 yaşlı Nadir Mustafayevin idarə etdiyi minik avtomobili ilə 40 yaşlı Vahab Mahmudovun idarə etdiyi avtomobil toqquşub.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan hər iki sürücü Nadir Mustafayev və Vahab Mahmudov Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə korpusunun İkinci Təcili Tibbi yardım şöbəsinə yerləşdirliblər.

Faktla bağlı Zaqatala rayon polis Şöbəsində araşdırma aparılır.