İran prezidenti: Ölkənin problemləri bizim öz məsuliyyətimizdir – VİDEObackend

İran prezidenti: Ölkənin problemləri bizim öz məsuliyyətimizdir – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran Prezidenti Məsud Pezeşkian ölkədə mövcud problemlərlə bağlı açıqlama verib.

NOCOMMENT.az xəbər verir ki, o bildirib ki, əgər insanlar narazıdırsa, bunun məsuliyyəti xarici ölkələrin deyil, birbaşa ölkə rəhbərliyinin üzərinə düşür.

“Əgər insanlar narazıdırsa, günahkar biz özümüzük — nə Amerika, nə də başqa kimsə. Bizim vəzifəmiz resursları düzgün idarə etmək, səmərəliliyi və məhsuldarlığı artırmaq, insanların problemlərini həll etməkdir”, – deyə Pezeşkian vurğulayıb.

Prezident qeyd edib ki, ölkənin üzləşdiyi çətinliklər idarəçilər üçün ciddi bir sınaqdır: “Qarşılaşdığımız çətinliklər bizim üçün — idarəçilər, müsəlmanlar və iranlılar olaraq — ölkəmiz üçün yeni bir yol müəyyənləşdirmək imtahanıdır. Allahın köməyi ilə, əgər ümidsizliyi qətiyyətlə əvəz etsək və birlikdə quruculuğa köklənsək, İranın parlaq gələcəyi olacaq”.