Davosda keçirilən Dünya İqtisadi Forumunda ABŞ prezidenti Donald Tramp ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında təxminən bir saat davam edən görüş baş tutub. Görüşdə Rusiya–Ukrayna müharibəsinin dayandırılması ilə bağlı mümkün sülh planı müzakirə edilib. İtaliyanın Corriere della Sera nəşrinin yazdığına görə, Tramp Zelenskiyə Donbasın bir hissəsindən imtina etməyi təklif edib.
NOCOMMENT.az xəbər verir ki, iddiaya əsasən, təklifin əsas bəndi Rusiyanın hələ tam nəzarət etmədiyi Donetsk vilayətinin bir hissəsinin mümkün şəkildə güzəştə gedilməsi olub. Bunun əvəzində Ukraynaya təxminən 800 milyard dollar həcmində bərpa üçün maliyyə paketi, həmçinin ABŞ və Avropa ölkələrindən təhlükəsizlik zəmanətləri vəd edilib.
Mənbə qeyd edir ki, bu ssenari Ukrayna daxilində son dərəcə riskli və cəmiyyət üçün populyar olmayan addım kimi qiymətləndirilir. Hazırda tərəflər arasında hər hansı yekun razılaşmanın olmadığı, danışıqların ilkin mərhələdə qaldığı bildirilir.
Sara












