Şəmkirdə dəhşətli qətl hadisəsi ilə bağlı yeni təfərrüat üzə çıxıb.
NOCOMMENT.az xəbər verir ki, rayonun Zəyəm Cırdaxan kənd sakini 56 yaşlı Arif Nəbiyevin meyiti yaşadığı evdən 50-60 metr aralıda yerləşən dərədə aşkar edilib.
Onun meyiti axtarışlardan 5 gün sonra – yanvarın 26-da kisəyə bükülmüş halda tapılıb. İlkin məlumata görə, Arif Nəbiyev azyaşlı oğlu tərəfindən qətlə yetirilib.
Mərhumun qardaşı Elbrus Nəbiyev hadisə ilə bağlı Baku TV-yə açıqlama verib:
“Hadisəni törədən öz oğludur. Atasını yatdığı yerdə baltalayıb, meyitini gətirib kanala atıb. Sonra isə Rusiyaya qaçıb. Özüm də Rusiyada yaşayıram, hadisəni eşidib gəlmişəm”.
Faktla bağlı araşdırma aparılır.













