Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
NOCOMMENT.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.
İlkin məlumata görə, avtomobil hərəkət zamanı idarəetmədən çıxaraq aşıb və nəticədə yol kənarında yerləşən işıq dirəyinə dəyərək onu yararsız vəziyyətə salıb.
Qəza yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır, hadisənin başvermə səbəbləri dəqiqləşdirilir.













