İsraildən növbəti zərbələrbackend

İsraildən növbəti zərbələr

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Müdafiə Qüvvələri (İMQ) Livanın cənubunda “Hizbullah” terror təşkilatına məxsus mövqeləri hədəfə alıb.

NOCOMMENT.az-ın məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti rəsmi açıqlama yayıb. Bildirilib ki, “Hizbullah”ın atəşkəs razılaşmasını dəfələrlə pozmasına cavab olaraq Livanın Markaba bölgəsində təşkilatın üzvlərindən biri zərərsizləşdirilib.

Açıqlamada qeyd olunur ki, əməliyyat təhlükəsizlik risklərinin qarşısını almaq məqsədi ilə həyata keçirilib.

Bununla yanaşı, İsrail ordusu Qəzza zolağının cənubunda da hərbi əməliyyatlar aparıb. Məlumata görə, 8 silahlının İsrail qüvvələrinə hücum cəhdinə cavab olaraq HƏMAS və “İslami-Cihad” təşkilatlarına aid 4 səhra komandiri vurulub.\\Sfera.az