İran parlamenti Avropa İttifaqı (Aİ ) Silahlı Qüvvələrini (SQ ) terror təşkilatları elan edib.
NOCOMMENT.az bildirir ki, TASS- ın məlumatına görə, bu barədə İran parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf bildirib.
Qalibaf bildirib ki, “İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) terror təşkilatı kimi tanınmasına cavab olaraq, Avropa ölkələrinin orduları terrorçu qruplar hesab olunur və bu addımın nəticələri Avropa İttifaqının üzərinə düşəcək”.
Bu qərar 2019-cu il Əks Tədbirlər Qanununun 7-ci maddəsinə əsasən qəbul edilib. Qanun ABŞ-ın İİKK ilə bağlı oxşar qərarına cavab olaraq qəbul edilib və Amerikanın mövqeyini dəstəkləyən ölkələrə qarşı simmetrik tədbirlər nəzərdə tutur.
Yanvarın 29-da Avropa Birliyi İİKK-nı terror təşkilatı elan etdi.













