Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Çinə səfər edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya TŞ katibliyi məlumat yayıb.
Bildirilib ki, Çinə səfəri zamanı Sergey Şoyqu Çinin xarici işlər naziri Van Yi ilə danışıqlar aparacaq.
Məlumata görə, tərəflər beynəlxalq və regional təhlükəsizlikdə dəyişən vəziyyəti müzakirə edəcəklər.
Van Yi strateji təhlükəsizlik üzrə ikitərəfli məsləhətləşmələrdə iştirak etmək üçün Sergey Şoyqunun dəvəti ilə 2 dekabrda Moskvaya səfər etmişdi.













