Sumqayıtda yük avtomobilində yanğın hadisəsi qeydə alınıb.
NOCOMMENT.az-ın yerli bürosu xəbər verir ki, şəhərin 6-cı mikrorayonunda “Gazel” markalı yük nəqliyyat vasitəsi alışaraq yanıb.
Hadisə ilə bağlı əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən briqadaları və müvafiq texnika cəlb edilib.
Yanğınsöndürmə tədbirləri nəticəsində alov qısa müddətdə lokallaşdırılaraq söndürülüb, eyni zamanda yanğının yaxınlıqda olan digər avtomobillərə keçməsinə imkan verilməyib.
İlkin məlumatlara görə, hadisə zamanı xəsarət alan olmayıb. Yanğının başvermə səbəbləri aidiyyəti qurumlar tərəfindən araşdırılır.













