İsrail Müdafiə Qüvvələri (İDF) Livanın cənub və şərq bölgələrində iki ayrı ərazi üzrə təcili təxliyə əmri verib.
NOCOMMENT.az xəbər verir ki, rəsmi açıqlamada bildirilib ki, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə müəyyən yaşayış məntəqələrinin dərhal boşaldılması tələb edilib.
Təxliyə çağırışlarından qısa müddət sonra İsrail Hərbi Hava Qüvvələri göstərilən ərazilərə havadan zərbələr endirib. Yerli mənbələr partlayış səslərinin geniş ərazidə eşidildiyini, bir neçə hədəfin vurulduğunu bildirir.
İsrail tərəfi hücumların hərbi obyektlərə və təhlükə mənbələrinə yönəldiyini açıqlasa da, Livan rəsmiləri və yerli media yaşayış məntəqələrinin yaxınlığında da zərbələrin qeydə alındığını iddia edir.
Hadisə ilə bağlı bölgədə gərginlik sürətlə artır, beynəlxalq ictimaiyyət isə vəziyyəti diqqətlə izləyir. Hazırda mümkün itkilər və zərərin miqyası ilə bağlı dəqiq məlumat verilməyib.
Qeyd edək ki, son günlər İsrail–Livan sərhədində hərbi fəallığın artması bölgədə genişmiqyaslı eskalasiya riskini yüksəldir.
Sara













