Sumqayıtda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
NOCOMMENT.az-ın məlumatına görə, hadisə Koroğlu prospektində baş verib.
Məlumata görə, hərəkətdə olan “Lada” markalı avtomobil yolu keçən qadını vurub. Zərərçəkən aldığı xəsarətlər səbəbilə dərhal Sumqayıt şəhər xəstəxanasına yerləşdirilib.
Hazırda hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır, qəzanın səbəbləri müəyyənləşdirilir.















