“Qarabağ” fransalı futbolçunu transfer edibbackend

“Qarabağ” fransalı futbolçunu transfer edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ” heyətinə yeni futbolçu qatıb.

NOCOMMENT.az xəbər verir ki, Ağdam təmsilçisi Kiprin AEK (Larnaka) komandasında çıxış edən fransalı futbolçu Jeremi Qnalini transfer edib.

Sol cinah müdafiəçisi ilə 2,5 illik müqavilə imzalanıb. Fransanın “Mets” klubunun yetirməsi olan arxa xətt oyunçusu “Qarabağ”da 24 nömrəli forma ilə çıxış edəcək.

23 yaşlı sol cinah müdafiəçisi karyerası ərzində “Mets B”, İspaniyanın “Tarazona” və “Melilya” komandalarında da çıxış edib.

Qeyd edək ki, AEK klubuna 2024-cü ilin avqustunda transfer olunan Jeremi Qnali Kipr təmsilçisinin heyətində keçirdiyi 60 oyunda 7 assistlə yadda qalıb. /Apasport.az/