Müğənni Nadir Qafarzadə saytımıza verdiyi açıqlamada söyləyib ki, bizə tərbiyəsizlik və əxlaqsızlığı aşılayan müsəlmanlardır. Biz müsəlman ölkələrlə dost olduq, qardaş olduq, birlikdə oturduq-durduq. Amma bu dövrdə bizə tərbiyəsizlik aşılandı, əxlaqsızlıq aşılandı. Əgər bir insanın daxilində pozğunluq varsa, onsuz da o pozulacaq. Sadəcə bir təkan lazım idi. O təkan gəldi və pozulanlar bu yolu seçdi. İndi isə sanki pozğunluğun səsi daha çox çıxır, normal insanların səsi az eşidilir. Əxlaqsızlıq sözü ucuzlaşıb.
NOCOMMENT.az xəbər verir ki, Milli Məclisin deputatı Fazil Mustafa -a açıqlamasında Nadir Qafarzadənin fikirlərinə münasibət bildirib. O müğənninin fikrinin qüsurlu olduğunu söyləyib.
“Yəni söyləmək olar ki, müsəlmanların da içində əxlaqsızlıq və ya cahilliyi təbliğ edən insanlar ola bilər. Və mümkündür ki, belə hallar baş versin. Amma bunu ümumiləşdirmək doğru deyil. Ümumiyyətlə, bu cür yanaşma və fikir qüsurlu hesab olunur. Qüsurlu ifadənin şərhi odur ki, bir qrup insanın müəyyən xüsusiyyətlərini bütün qrupa aid etmək həm ədalətsizdir, həm də səhv nəticələrə gətirib çıxarır. Hər fərd öz davranış və seçimlərinə görə qiymətləndirilməlidir, qruplar üzərində stereotiplər qurmaq isə həm yanlış anlaşılmalara, həm də ayrı-seçkiliyə yol açır”. /Demokrat.az/













