Sumqayıtda sürücülük məktəbi olan binada güclü yanğınbackend

Sumqayıtda sürücülük məktəbi olan binada güclü yanğın

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıtda sürücülük məktəbinin yerləşdiyi binada yanğın qeydə alınıb.

NOCOMMENT.az -ın yerli bürosu xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində baş verib.

İlkin məlumata əsasən, yanğın barədə məlumat daxil olduqdan sonra əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və müvafiq texnikalar cəlb edilib. Yanğın qısa vaxt ərzində söndürülüb.

Yanğının sürücülük məktəbinin daxilində fəaliyyət göstərən ümumi orta məktəbə, eləcə də ətraf ərazilərə keçməsinə imkan verilməyib.

Hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

Turab