Epşteyni Rusiya ilə nə bağlayırdı?backend

Epşteyni Rusiya ilə nə bağlayırdı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Ədliyyə Nazirliyi tərəfindən maliyyəçi Jeffrey Epstein işi üzrə açıqlanan materiallarda Rusiyanın onlarla şəhərinin adı çəkilir.

NOCOMMENT.az xəbər verir ki, sənədlərdə Epşteynin Rusiya ilə müxtəlif əlaqələrinin olduğu qeyd olunur.

Araşdırmalar zamanı Epşteynin şəxsən Rusiyaya səfər etdiyi və digər şəxslərin də bu ölkəyə səfərlərini maliyyələşdirdiyi müəyyən edilib. Xüsusilə, 2018-ci ildə Rusiyada keçirilən futbol üzrə dünya çempionatı zamanı onun ölkədə olduğu təsdiqlənib.

Məlumatlara görə, Epşteyn Sankt-Peterburqda Mərakeş–İran oyunu üçün bilet alıb. Bundan başqa, Rostov-na-Donu, Kazan və Nijni Novqorod şəhərlərində keçirilən Uruqvay–Fransa matçını da canlı izləyib.

Sənədlərdə həmçinin Epşteyn və onun köməkçiləri arasında aparılan yazışmalarda Rusiyanın Omsk, Çelyabinsk və Saratov vilayətlərindən olan qızlarla əlaqələrdən bəhs olunur. Onlara fotoşəkil və telefon nömrələrinin mübadiləsi, eləcə də ABŞ-yə köçmək təklif edildiyi bildirilir.

Aliyə