Aparıcı Səidə Bəkirqızı qalmaqal yaşadığı müğənni Rəqsanə İsmayılovanın ondan üzr istəməsinə cavab verib.
NOCOMMENT.az xəbər verir ki, S. Bəkirqızı “Tarixin bir günü” verilişinə telefonla qoşularaq danışıb.
O deyib ki, Rəqsanə İsmayılovaya onun çıxışını səhv çatdırıblar:
“Mənə elə gəlir ki, Rəqsanə xanım çıxışıma tam baxmayıb. Deməmişəm ki, Rəqsanə kimi xanımı evində arvad edən kişi deyil və sairə. Demişəm ki, Rəqsanə kimi xanımları, sənət adamlarını evinin xanımı etmək hər kişinin işi deyil. Eyni zamanda bizim kimi tanınan aparıcıları evinin xanımı etmək hər kişinin işi deyil. Çünki biz evdə oturan xanımlar deyilik, ictimaiyyətə açıq insanlarıq.
O cür cəsarətli fotosessiyanın arxasında Fazil müəllim dayandığı üçün Rəqsanə etdi. Onu aşağılamamışam. Elə bir tərbiyə almamışam ki, kiminsə ərini ələ salım. Çox istərdim ki, Rəqsanə xanım 5 dayaz düşüncəli işçidənsə, bir ağıllısını yanında saxlasın. Mənim çıxışımda təhqir yox idi, amma verilişdə Aynur Dadaşova “Təhqir” deyərək sizi yenidən provakasiyaya çəkdi. Sizi istəyən insanlar olsaydılar, deyərdilər ki, Səidə xanımın çıxışını incələyək və sairə. Onda məsələ bu həddə çatmayacaqdı. Özümdən o qədər utanıram ki, saytı açırsan Səidə, sosial mediada Səidə.
Evdə TikTok-u silmişik. Baxmayaraq ki, bizim məsələmiz bu qədər ciddiləşib, hörmət olaraq deyirəm ki, yanınızdakı şəxslər sizi zərrə qədər sevmir. Mənim efirim hər kəsə açıqdır. Bizim heç kimlə düşmənliyimiz yoxdur”.










