Gözlənilən görüş baş tutacaq: Fevralın 6-da İstanbulda…backend

Gözlənilən görüş baş tutacaq: Fevralın 6-da İstanbulda…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə mümkün danışıqlarla bağlı açıqlama verib. O, özünün “X” (keçmiş Twitter) səhifəsində bildirib ki, xarici işlər nazirinə təhdidlərdən və əsassız gözləntilərdən azad, uyğun mühit formalaşacağı təqdirdə, ləyaqət, ehtiyatlılıq və məqsədəuyğunluq prinsiplərinə əsaslanaraq ədalətli və bərabər danışıqlar aparmaq tapşırılıb.

Qeyd edək ki, bir gün əvvəl İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə danışıqlara başlamaq barədə göstəriş verib. Artıq tərəflər arasında ilk rəsmi təmasın detalları da məlum olub. ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və İranın xarici işlər naziri Abbas Əraqçi fevralın 6-da İstanbulda görüşəcək.

Fərid Şəfiyev

Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan politoloq Fərid Şəfiyev bildirib ki, İranla ABŞ arasında danışıqların başlanması gözlənilən idi:

“Gərginlik davam etsə də, İranın ABŞ ilə birbaşa müharibədə maraqlı olduğu real görünmür. Ümumiyyətlə, Tehran üçün belə bir ssenarini gözə almaq da məntiqli deyil. İran Prezidenti Məsud Pezeşkianın ABŞ ilə danışıqlara başlamaq barədə göstərişi bu baxımdan müsbət hadisə kimi qiymətləndirilə bilər.

Görüşün məkanının İstanbul olaraq seçilməsi də xüsusi əhəmiyyət daşıyır. ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və İranın xarici işlər naziri Abbas Əraqçinin fevralın 6-da İstanbulda görüşməsi danışıqların Türkiyənin, daha dəqiq desək, Ankaranın vasitəçiliyi ilə aparıldığını deməyə əsas verir. Bu da regional diplomatiya baxımından diqqətçəkən məqamdır”.

Atilla Rzasoy