Erməni nazir açıqladı: Azərbaycan və Türkiyə də daxil olmaqla…backend

Erməni nazir açıqladı: Azərbaycan və Türkiyə də daxil olmaqla…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Türkiyə, Azərbaycan, İran və Gürcüstanla enerji sistemlərinin sinxronlaşdırılması imkanlarını nəzərdən keçirir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ölkənin ərazi idarəetməsi və infrastruktur naziri David Xudatyan məlumat verib.

Nazirin sözlərinə görə, hazırda texniki baxımdan sinxronizasiya üçün heç bir maneə yoxdur. Lakin layihənin konkret icra müddətləri hələ müəyyənləşdirilməyib.

Xudatyan bildirib ki, 2025-ci ildə Türkiyəyə səfəri zamanı enerji sahəsinə cavabdeh olan türkiyəli nazir ilə görüş keçirib. Görüş zamanı regional enerji əməkdaşlığı və şəbəkələrin birləşdirilməsi perspektivləri müzakirə olunub.

Nazir vurğulayıb ki, enerji sistemlərinin sinxronlaşdırılması həm strateji, həm də kommersiya baxımından vacib layihədir.

“Sistemlərin birləşdirilməsi ümumi enerji şəbəkəsinin sabitliyini və dayanıqlığını artırır. Bu, region ölkələri üçün qarşılıqlı faydalı əməkdaşlıq platforması yaradır”, — deyə Xudatyan qeyd edib.

Rəsmi İrəvan hesab edir ki, Tehran bu təşəbbüsə qarşı çıxmır və regional enerji inteqrasiyası üçün müsbət mövqe sərgiləyir.

Layihənin reallaşacağı təqdirdə, Cənubi Qafqaz və ətraf regionda enerji təhlükəsizliyi və elektrik enerjisi mübadiləsi imkanlarının genişlənəcəyi gözlənilir.

Sara