“Moped və skuter travmaları az görünür, amma diqqət tələb edir. 2026-cı ilin yanvar ayı üzrə moped, motosiklet və skuter qəzaları nəticəsində instituta 3 nəfər, avtoqəza ilə bağlı isə 52 nəfər müraciət edib”.
Bu fikirləri NOCOMMENT.az-a açıqlamasında Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu baş direktorunun müavini – baş həkim Nizami Məmmədov səslındirib.
Onun sözlərinə görə qeyd olunan göstərici ümumi avtoqəza travmalarının (52 hal) çox kiçik bir hissəsini təşkil edir və təxminən 5,8 %-dən azdır:
“Bu fakt onu göstərir ki, yanvar ayı ərzində nəqliyyatla bağlı travmalar əsasən avtomobil qəzaları ilə əlaqədar olub, iki təkərli nəqliyyat vasitələrinin iştirakı ilə baş verən hadisələr isə nisbətən az qeydə alınıb. Bununla belə, ümumdünya statistikasına nəzər saldıqda, motorlu iki təkərli nəqliyyat vasitələrinin — motosiklet, moped və skuterlərin — yol qəzalarında mühüm yer tutduğu müşahidə olunur. Xüsusilə gənc sürücülər və şəhərdaxili nəqliyyatda hərəkət edənlər risk qrupuna daxildirlər”.
Baş həkim qeyd edib ki, bu tendensiya göstərir ki, statistik baxımdan az görünməsinə baxmayaraq (yalnız 3 hal), ikitəkərli nəqliyyat vasitələrinin iştirakı ilə baş verən travmaların yol təhlükəsizliyi strategiyalarında xüsusi diqqətdə saxlanılması zəruridir.
Tunar













