Trampdan ŞOK –  İsraildən fərqli olaraq…backend

Trampdan ŞOK –  İsraildən fərqli olaraq…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Tramp İsraildən fərqli mövqe nümayiş etdirərək, hazırkı mərhələdə İrana qarşı hücumun zəruri olmadığı qənaətindədir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Axios” nəşri ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Nəşrə danışan və adının açıqlanmasını istəməyən amerikalı rəsmi bildirib ki, hücum təşəbbüsü əsasən İsrail tərəfdən gəlir:

“Əminliklə demək olar ki, əslində zərbə endirmək istəyənlər israillilərdir. Prezident isə fərqli mövqedədir”, – deyə rəsmi vurğulayıb.

Digər yüksəkvəzifəli ABŞ rəsmisi isə mümkün hücum ssenarisi ilə bağlı açıqlamasında Trampın bu addımı atmaq istəmədiyini qeyd edib. Onun sözlərinə görə, prezident İrana qarşı hərbi əməliyyatlara başlamağa “çox da həvəsli deyil”.

“Axios” yazır ki, bu mövqe ABŞ administrasiyası daxilində İran məsələsinə yanaşmada ciddi fikir ayrılıqlarının mövcud olduğunu göstərir və Vaşinqtonun Yaxın Şərqdə mümkün eskalasiyadan yayınmağa çalışdığını deməyə əsas verir.

Sara