Şuşanın ən yaşlı sakini vəfat etdibackend

Şuşanın ən yaşlı sakini vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şuşa şəhərinin ən yaşlı sakini vəfat edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Şuşada yaşayan yazıçı-jurnalist Kərim Kərimli məlumat verib.

O bildirib ki, şəhərə qayıdaraq yenidən məskunlaşmış ən yaşlı sakin olan Əmir Teymur oğlu Quliyev Şuşada dünyasını dəyişib.

İşğaldan qabaq Şuşada avtobus sürücüsü işləyən Əmir Quliyev doğma şəhəri azad olunandan sonra geriyə qayıdan ilk sakinlərdən idi.

Ötən ilin iyulunda ailəsi Şuşada onun 90 illik yubileyini qeyd etmişdi.

Ə.Quliyev Şuşanın qədim və məşhur Mirzə Həsən qəbristanlığında dəfn olunub.

(qafqazinfo)