Övladı İdrak liseyində oxuyan Əməkdar artist DANIŞDI – VİDEObackend

Övladı İdrak liseyində oxuyan Əməkdar artist DANIŞDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Bakıda yerləşən İdrak Liseyində silahlı insident baş verib. 

NOCOMMENT.az-ın məlumatına görə, Əməkdar artist Aqşin Abdullayev övladının həmin liseydə təhsil aldığını bildirib.

“Gəlmişəm uşağı götürməyə. Məktəbdə deyirlər, salamatçılıqdır, heç bir problem yoxdur. Deyirlər ki, şayiədir. Valideynlər bilsin ki, salamatçılıqdır, heç kimə heç nə olmayıb. Valideyni uzaqda olan uşaq da var, narahat olmasınlar. Övladım beşinci sinifdə oxuyur. Məktəbə gedəndə uşaqları yoxlayırlar. İçəridə polislər var” deyə, Aqşin jurnalistlərə açıqlamasında deyib.

Qeyd edək ki, liseydə 10-cu sinif şagirdi 29 yaşlı müəllimini evdən gətirdiyi silahla güllələyib.