TƏBİB və İTS sövdələşməsi! Milyonlar hara gedir?backend

TƏBİB və İTS sövdələşməsi! Milyonlar hara gedir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İcbari Tibbi Sığorta (İTS) Fondunun 2025-ci il büdcəsinin TƏBİB və İTS iş birliyi sayəsində 50–60%-i bu şəbəkəyə daxil olan klinikalar arasında bölüşdürülüb. Yerdə qalan 40% digər klinikaların payına düşüb ki, bu ədalətsiz bölgü həmin klinikalarda ciddi maliyyə sıxıntılarına gətirib çıxarıb”.

NOCOMMENT.az xəbər verir ki, bunu jurnalist İlham Aslanov sosial şəbəkə hesabında paylaşımında qeyd edib.

O bildirib ki, xəstələrin özəl tibb mərkəzləri arasında paylanmasında qeyri-obyektivlik müşahidə olunur:

“Eyni zamanda xəstələrin kütləvi şəkildə eyni tibb müəssisələrinə göndərilməsi halları var. Bu səbəbdən bir çox özəl klinika xəstələr üçün göndəriş almaqda çətinlik çəkir.

Şəbəkəsinin əsas fiqurlarından biri də Yeni Klinikanın direktoru Barat Yusubovdur.

TƏBİB direktoru ilə dostluq və iş birliyi sayəsində “EGE”(Direktoru Baratın həyat yoldaşıdır), “Olimp” və “HP Güvən” klinikalarına xəstələrin yönləndirilməsi nəticəsində ciddi gəlirlər əldə edilib. Son zamanlar gedən yoxlamalar zamanı bilərəkdən dövriyyəni aşağı salsalar da, “EGE” hospital yaxın tarixlərə qədər digər klinikalardan 15–20 dəfə çox sığorta dövriyyəsi edib ki, bu da kifayət qədər böyük məbləğdir. Söhbət milyonlardan gedir. Yeni Klinikaya gələn xəstələr “EGE” hospitala yönləndirilib.

Bütün xəstələrin kodları İTS tərəfindən təsdiqlənir və bunun üçün münbit şərait yaradılır”.

“İTS-nin çətiri altında olan klinikalar — Yasamal Hospital, Avropa Beynəlxalq Hospital, Gəncə Beynəlxalq Xəstəxanası və sair müəssisələr — Famil Musayev adlı biznesmenin nəzarəti altında olmaqla, görünüşdə dolayı yolla Tibbi Planlama Departamentinin rəhbəri Hikmət İbrahimli və başqalarının gəlir mənbəyi kimi göstərilir.

Hətta bəzi böyük dövriyyəli özəl klinikaların qabaqcadan razılaşma əsasında onlara verilən İTS dövriyyəsinin 10 faizini rüşvət olaraq bu şəbəkəyə geri qaytarması xəbərləri də dolaşır.

Hesab edirəm növbə Zaur Əliyevdədir. Çox güman ki, bu günlərdə onunla bağlı da qərar veriləcək”, – jurnalist qeyd edib.

Tunar 

NOCOMMENT.az