Livan hökuməti “Hizbullah”ın ölkə ərazisində hərbi fəaliyyət göstərməsini qadağan edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb. Qərara əsasən, qruplaşmadan silahları təhvil verməsi tələb olunub və döyüş əməliyyatları aparması yasaqlanıb.
Livanın baş naziri Nəvaf Səlami bildirib ki, Beyrut öz ərazisindən hər hansı hərbi fəaliyyətin həyata keçirilməsini qəti şəkildə rədd edir.
“Biz ‘Hizbullah’a hərbi fəaliyyət göstərməyi qadağan edir və onun rolunu yalnız siyasi sahə ilə məhdudlaşdırırıq. Hərbi qurumlardan bu qərarın icrasını təmin etməyi tələb edirik”, – deyə baş nazir vurğulayıb.
Qərarın bölgədəki təhlükəsizlik vəziyyətinə necə təsir göstərəcəyi hələlik məlum deyil.













