Oktyabrın 29-da Ermənistan Müdafiə Nazirliyi guya Azərbaycana məxsus Smerç yaylım atəşli reaktiv sisteminin vurulması barədə videogörüntülər yayıb.
Bu barədə NOCOMMENT-ə Müdafiə Nazirliyindən bildirilib.
“Bildiririk ki, təqdim edilən video saxtadır və harada çəkildiyi məlum deyil. Azərbaycana məxsus Smerç yaylım atəşli reaktiv sistemlərinin hamısı tam tərkibdə sıradadır və döyüş qabiliyyətlidir”, – deyə məlumatda vurğulanıb.