Tanınmış müğənni Sərdar Ortaç da vətəndaşları Fransanı boykot etməyə səsləyib.
NOCOMMENT yenisabah.az-a istinadən xəbər verir ki, Fransa prezidenti Emmanuel Makronun göstərdiyi mövqeyə görə Rəcəb Tayyib Ərdoğan Türkiyə vətəndaşlarını bu ölkənin istehsalı olan məhsulları boykot etməyə çağırıb.
Müğənni də bu çağırışa qoşularaq – “Fransız maşınına minəcəyinizə, at arabasına minin”, – deyə yazıb.
Qeyd edək ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan müsəlmanların küfr hesab etdiyi Məhəmməd Peyğəmbərin Fransada nümayiş etdirilən karikaturalarına görə bazar ertəsi vətəndaşlarını Fransız malları almamağa çağırıb.