Yevlaxda yolların əsaslı təmiri üçün 1,2 milyon manatdan çox vəsait ayrılıb
Yevlax Şəhər İcra Hakimiyyəti şəhər daxilində yol infrastrukturunun yenidən qurulması və yolların əsaslı təmir edilməsi məqsədilə iki fərqli mənbə üzrə satınalma prosedurlarına start verib.
NOCOMMENT.az xəbər verir ki, Şəhər yollarında aparılacaq əsaslı təmir işləri üçün büdcə vəsaitləri hesabına 657.000,00 AZN, büdcədənkənar vəsaitlər hesabına isə 564.398,00 AZN olmaqla, ümumilikdə 1.221.398,00 AZN məbləğində ehtimal olunan qiymət müəyyən edilib. Layihə çərçivəsində Yevlax şəhərinin nəqliyyat infrastrukturunun yaxşılaşdırılması, yol örtüyünün yenilənməsi və hərəkət intensivliyinin təhlükəsizliyinin təmin olunması istiqamətində genişmiqyaslı işlərin görülməsi nəzərdə tutulur. Hazırda podratçı şirkətlərin müəyyənləşdirilməsi üçün tender prosesi davam edir.
Qeyd edək ki, Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Aqil oğlu Tağıyevdir./32gun.az/










