Xəbər verdiyimiz kimi, Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının sədri dəyişib.
NOCOMMENT.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərara əsasən, Tahir Budaqov Yaqub oğlunu bu postda Azər Mursaqulov İsmayıl oğlu əvəzləyib. A.Mursaqulov Statistika Şurasının yeni sədri təyin edilib.
Azər Mursaqulovun dosyesini təqdim edirik:
Azər Mursaqulov 1981-ci ildə ildə anadan olub.
O, Türkiyənin Boğaziçi Universitetinin məzunudur. ABŞ-ın Corciya Universitetində iqtisadiyyat ixtisası üzrə fəlsəfə doktoru (PhD) elmi dərəcəsi alıb.
A.Mursaqulov 2010–2012-ci illərdə Vaşinqton şəhərində Beynəlxalq Valyuta Fondunun baş qərargahında Fondun icraçı direktorunun müşaviri vəzifəsində çalışıb.
2012–2019-cu illərdə Maliyyə Nazirliyində müxtəlif vəzifələrdə işləyib.
2019-cu ildən etibarən Maliyyə Nazirliyi yanında Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru vəzifəsini tuturdu.









