Türkiyənin Kahramanmaraş şəhərində məktəbə silahlı hücum edən şagirdin atası Uğur Mersinli saxlanılıb.
NOCOMMENT.az xəbər verir ki, məlumata görə, dəhşətli cinayəti həyata keçirən məktəblinin valideyni əvvəllər hüquq-mühafizə orqanlarında yüksək vəzifə tutub. Məktəblinin ağlagəlməz cinayəti atasının silahı ilə həyata keçirdiyi ehtimal olunur.
Xəbərdə bildirilir ki, hadisə ilə bağlı Türkiyə Baş Prokurorluğu araşdırmalara başlayıb./oxu.az/









