TƏCİLİ! Nüvə bombası masada: ABŞ Moskvanın planını İFŞA ETDİ!backend

TƏCİLİ! Nüvə bombası masada: ABŞ Moskvanın planını İFŞA ETDİ!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “India Today” telekanalına verdiyi müsahibədə rəsmi Moskvanın İran ətrafındakı böhranın həlli ilə bağlı irəli sürdüyü təşəbbüslər və bölgədəki mövcud vəziyyət barədə şok açıqlamalar verib. Peskov bildirib ki, İranın zənginləşdirilmiş uranının Rusiya ərazisinə çıxarılması barədə Moskvanın təklifi münaqişənin nizamlanması üçün ən real və səmərəli həll yolu ola bilərdi, lakin ABŞ bu strateji təşəbbüsdən qəti şəkildə imtina edib. Hazırda bu məsələnin müzakirə olunmadığını qeyd edən mətbuat katibi, Prezident Vladimir Putinin gələcəkdə yenidən bu təklifə qayıtmağa hazır olduğunu xüsusi vurğulayıb.

NOCOMMENT.az xəbər verir ki, Rusiya tərəfi İran ətrafındakı gərginliyin aradan qaldırılması üçün diplomatik danışıqların hər şansdan istifadə edilərək davam etdiriləcəyinə ümid bəsləyir. Peskov Yaxın Şərqdəki mövcud atəşkəs rejiminin qalıcı olmasını və qarşılıqlı zərbələrin yenidən bərpa olunmamasını arzuladıqlarını qeyd edib. Eyni zamanda, o, Rusiyanın İrana hər hansı hərbi kəşfiyyat və ya maddi-texniki logistik dəstək vermədiyini xüsusi vurğulayaraq, “bu bizim müharibəmiz deyil” deyə kəskin mövqe nümayiş etdirib.

Dmitri Peskov həmçinin xatırladıb ki, Rusiya və Çin hələ hadisələrin əvvəlində İran məsələsinin güc yolu ilə həllinin mənfi nəticələri barədə dəfələrlə xəbərdarlıq ediblər. Onun sözlərinə görə, bu münaqişənin alovlanması qlobal təhlükəsizlik sisteminə sarsıdıcı zərbə vurur və beynəlxalq sabitliyi birbaşa təhdid edir.

Aygün