“Hizbullah”dan gözlənilməz gediş: Atəşkəs an məsələsidirbackend

“Hizbullah”dan gözlənilməz gediş: Atəşkəs an məsələsidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hizbullah” qruplaşmasının nümayəndəsi və Livan parlamentinin deputatı İbrahim Musavi “Reuters” agentliyinə verdiyi açıqlamada Livan cəbhəsində hərbi əməliyyatların dayandırılması ilə bağlı ümidverici məlumat paylaşıb. O bildirib ki, İranın rəhbərliyi və regional vasitəçilərin ciddi səyləri nəticəsində “yaxın vaxtlarda” Livanda atəşkəs rejimi elan oluna bilər.

NOCOMMENT.az xəbər verir ki, Livandan olan iki yüksək rütbəli rəsmi şəxs də agentliyə hazırda intensiv danışıqların getdiyini təsdiqləyib. Bununla belə, hələlik atəşkəsin dəqiq vaxtı və detalları barədə rəsmi təsdiq yoxdur. Mənbələrin sözlərinə görə, əldə olunacaq istənilən razılaşmanın müddəti və davamlılığı böyük ehtimalla ABŞ və İran arasında mövcud olan atəşkəsin nə qədər qüvvədə qalacağından birbaşa asılı olacaq.

Sara,
NOCOMMENT.az