Azərbaycanın Almaniyadakı səfirliyi Kölndə səyyar konsulluq xidmətləri həyata keçirəcək.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Azərbaycanın Almaniyadakı səfirliyinin “X” hesabında paylaşım edilib.
“25-26 aprel 2026-cı il tarixində Azərbaycanın Almaniyadakı Səfirliyi tərəfindən Köln şəhərində səyyar konsulluq xidmətinin göstərilməsi planlaşdırılır”, – məlumatda bildirilib.
Eyni zamanda, Lüksemburqda yaşayan Azərbaycan vətəndaşları üçün mayın 4-də səyyar konsulluq xidmətləri həyata keçiriləcək.
Bu barədə Azərbaycanın Belçikadakı səfirliyinin “X” hesabında məlumat paylaşılıb.
“Lüksemburqda yaşayan Azərbaycan vətəndaşlarının diqqətinə! Səyyar konsulluq xidməti 4 may 2026-cı il tarixində Lüksemburq şəhərində həyata keçiriləcək”, – məlumatda qeyd edilib./yenisabah










