Bu yoldakı çuxur qəza şəraiti yaradır… Avtobuslar məcbur qalıb zolaqlarından kənara çıxırlar…
NOCOMMENT.az xəbər verir ki, sürücülər deyirlər ki, ərazidəki vəziyyət xüsusən pik saatlarda nəqliyyat sıxlığının yaranmasına və hərəkət axınının pozulmasına gətirib çıxarır.
Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, məsələ nəzarətə götürülüb. Problemin operativ şəkildə həll olunması məqsədilə aidiyyəti üzrə əraziyə cavabdeh MMC-yə müvafiq tapşırıqlar verilib.
Yaranmış problemin qısa müddət ərzində aradan qaldırılması nəzərdə tutulur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.










