TƏCİLİ! Netanyahu AÇIQLADI: Müharibə YENİDƏN BAŞLAYIR – Bu gecə…backend

TƏCİLİ! Netanyahu AÇIQLADI: Müharibə YENİDƏN BAŞLAYIR – Bu gecə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin Baş naziri Benyamin Netanyahu bütün bölgəni ayağa qaldıracaq şok müraciətlə çıxış edərək, İranla hərbi qarşıdurmanın hər an yenidən alovlana biləcəyini elan edib. Baş nazir rəsmi Tel-Əvivin artıq “ən pis ssenari”yə hazır olduğunu və Tehranın nüvə ambisiyalarına qarşı geri addım atmayacaqlarını kəskin şəkildə bildirib.

NOCOMMENT.az xəbər verir ki, Netanyahu ABŞ ilə hərbi-strateji hədəflərinin tam üst-üstə düşdüyünü vurğulayaraq, İranın zənginləşdirilmiş bütün nüvə materiallarının ölkədən çıxarılmasını və strateji su yollarının qeydsiz-şərtsiz açılmasını tələb edib. “Diplomatik gedişlərin hara varacağını proqnozlaşdırmaq çətindir, lakin biz müharibənin bərpasına tam hazırıq”, – deyən hökumət başçısı İrana qarşı hərbi variantın masada qaldığına açıq işarə vurub.

Livan cəbhəsində də gərginliyi artıran Netanyahu, “Hizbullah”ın Bint-Cubeyldəki əsas qalalarının yerlə-yeksan edilməsi üçün xüsusi əmr verib. O bildirib ki, hazırda davam edən danışıqlar masasında İsrail yalnız “güc vasitəsilə sülh” prinsipini tanıyır. Bu məqsədlə İsrail ordusu təhlükəsizlik zonasını Hermon dağı istiqamətinə doğru genişləndirərək strateji mövqelərini daha da irəli çəkir. Baş nazirin bu açıqlamaları Yaxın Şərqdə genişmiqyaslı müharibənin hər an qaçılmaz ola biləcəyi barədə həyəcan siqnalına çevrilib.

Sara,
NOCOMMENT.az