Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər rayonu ərazisinə atılan raketlərin qalıqları toplanılıb.
NOCOMMENT xəbər verir ki, bu barədə report-un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı məlumat yayıb.
Raketlərin qalıqlarının toplanılmasının məqsədi düşmənin dinc əhaliyə qarşı törətdiyi vəhşilikləri gələcəkdə rayona gələn xarici və yerli turistlərə göstərməkdir.
Həmin qalıqlar Tərtər rayon Tarix Diyarşünaslıq Muzeyinə gətirilib