ABŞ Prezidenti Donald Tramp Avropa ilə bağlı sərt açıqlama verib.
NOCOMMENT.az xəbər verir ki, o, Avropanın mövcud vəziyyətini tənqid edərək qitənin ciddi şəkildə özünü nizama salmalı olduğunu bildirib.
Trampın sözlərinə görə, əgər Avropa bu istiqamətdə addımlar atmasa, gələcəkdə artıq Avropa olmayacaq.
“Avropa özünü nizama salmalıdır, əks halda artıq Avropa olmayacaq” , – deyə ABŞ lideri vurğulayıb.
Qeyd edək ki, son dövrlərdə Avropa miqrasiya, təhlükəsizlik və iqtisadi sabitlik kimi məsələlərlə bağlı müxtəlif çağırışlarla üz-üzə qalır./Sfera.az/










