Saat 14:40-dan etibarən Səbail rayonunun 20-ci Sahə adlanan ərazisinin bir hissəsində qaz təchizatı müvəqqəti dayandırılıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, qaz təchizatının dayandırılması Səbail rayonunda polietilen borunun qazıntı işləri aparılan təşkilat tərəfindən zədələnməsi ilə əlaqədardır.










