Gürcüstan daxili işlər naziri vəzifəsini tərk edən Gela Geladze Dövlət Təhlükəsizliyi Xidmətinə rəhbərlik edəcək.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.
DİN-nin yeni rəhbərliyinə isə Acarıstan Muxtar Respublikası Hökumətinin sədri vəzifəsində çalışan Sulxan Tamazaşvili təyin edilib.
Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Mamuka Mdinaradzeyə gəldikdə isə, o, hüquq-mühafizə orqanlarının koordinasiyası üzrə dövlət naziri olacaq və eyni zamanda baş nazirin müavini vəzifəsini tutacaq.










