53 nömrəli şəhərdaxili marşrut üzrə bütün avtobuslar yenilənir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə AYNA-dan məlumat verilib.
Xatırladaq ki, marşrut xəttində avtobusların bir qismi ötən ilin noyabrında yenilənmişdir. Daşıyıcı tərəfindən yeni avtobuslar gətirilərək xəttə əlavə olunur.
Aprelin 22-dən marşrut üzrə 10 müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunan avtobus sərnişinlərin xidmətində olacaq.
Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,60 AZN müəyyən edilib.










