Gəncədə 58 yaşlı kişi işlədiyi müəssisədə ölüb.
NOCOMMENT.az xəbər verir ki, hadisə şəhərin beton zavodlarından birində qeydə alınıb.
Belə ki, 1968-ci il təvəllüdlü Sənani Allahverdiyevin iş vaxtı səhhəti ağırlaşıb və orada vəfat edib.
Əraziyə polis və prokurorluq əməkdaşları cəlb olunub.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma başlanılıb./Qafqazinfo/










