ABŞ Prezidenti Donald Trampın İranla bağlı strategiyası yeni mərhələyə qədəm qoyur. Administrasiyanın yüksək rütbəli rəsmisinin “Associated Press” agentliyinə verdiyi məlumata görə, Ağ Evin əlində birbaşa hərbi müdaxilə və hava zərbələrindən başqa alternativ variantlar da mövcuddur.
NOCOMMENT.az xəbər verir ki, adı açıqlanmayan rəsmi şəxs Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və prezidentin kürəkəni Cared Kuşnerin növbəti addımları məsləhətləşmək üçün çərşənbə axşamı Vaşinqtona gələcəklərini bildirib.
Eyni zamanda, Vitse-prezident Cey Di Vensin İslamabada planlaşdırılan səfəri təxirə salınıb ki, bu da administrasiya daxilində ciddi müzakirələrin getdiyindən xəbər verir. Mənbə onu da vurğulayıb ki, Trampın qərarları olduqca dinamikdir və o, vəziyyətdən asılı olaraq öz mövqeyini hər an dəyişə bilər. Hazırda Vaşinqtonun Tehranı masaya qaytarmaq üçün hərbi güclə yanaşı, daha fərqli təzyiq rıçaqlarını nəzərdən keçirdiyi ehtimal olunur.
Sara,
NOCOMMENT.az










