Qardaş ölkədən BƏD XƏBƏR GƏLDİ: Helikopter qəzaya uğradıbackend

Qardaş ölkədən BƏD XƏBƏR GƏLDİ: Helikopter qəzaya uğradı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin paytaxtı Ankarada həyəcan dolu anlar yaşanıb. Şəhərin Yenihisar bölgəsində uçuş həyata keçirən helikopter naməlum səbəblərdən qəzaya uğrayaraq yerə çırpılıb. Hadisə şahidlərinin verdiyi məlumata görə, qəfil hündürlük itirən hava nəqliyyat vasitəsi boş əraziyə düşərək parçalanıb.

NOCOMMENT.az xəbər verir ki, qəza yerinə dərhal çox sayda xilasedici, təcili tibbi yardım və yanğınsöndürmə briqadaları cəlb olunub. Hadisənin miqyasına baxmayaraq, ilkin rəsmi məlumatlarda qəza nəticəsində insan tələfatının olmadığı bildirilir.

Hazırda mütəxəssislər helikopterin texniki nasazlıq, yoxsa hava şəraiti səbəbindən qəzaya uğradığını müəyyən etmək üçün araşdırmalara başlayıblar. Ərazi nəzarətə götürülüb və təhlükəsizlik tədbirləri gücləndirilib.

Sara,
NOCOMMENT.az