Metrodan istifadə edənlərin nəzərinə – SON DƏQİQƏ MƏLUMATIbackend

Metrodan istifadə edənlərin nəzərinə – SON DƏQİQƏ MƏLUMATI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aprelin 21-də baş vermiş texniki insidentlə əlaqədar operativ tədbirlər davam etdirilir.

Bu barədə NOCOMMENT.az-a Bakı Metropolitenindən məlumat verilib.

Bildirilib ki, metroda saat 12:00-dan etibarən xətlər üzrə 28 cüt qatar fəaliyyət göstərir.

Yenilənmiş intervallar isə belədir:

“Əhmədli–28 May” istiqamətində 2 dəqiqə 30 saniyədən 2 dəqiqə 8 saniyəyə endirilib

“28 May–Dərnəgül” istiqamətində 5 dəqiqədən 4 dəqiqə 15 saniyəyə azaldılıb

“28 May–İçərişəhər” istiqamətində isə intervallar 5 dəqiqədən 4 dəqiqə 15 saniyəyə düşüb

Bildirilib ki, qatarlararası intervalların daha da azaldılması istiqamətində işlər davam edir.