AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC-nin Mübahisələrin hüquqi tənzimlənməsi şöbəsinin müdiri Elnur Məmmədov vəzifəsindən ayrılıb.
NOCOMMENT.az xəbər verir ki, o, öz ərizəsilə başqa işə keçməsi ilə əlaqədar olaraq vəzifəsindən çıxıb.
E.Məmmədov bundan sonra fəaliyyətini “Mətanət A” şirkətinin Məhkəmələr və hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində davam etdirəcək.
Qeyd edək ki, E.Məmmədov 2018-ci ildən “Aztelekom”da çalışırdı. O, 2021-ci ilədək hüquqşünas, aparıcı hüquqşünas, sektor müdiri vəzifələrində işləyib. 2021-ci ildən isə şöbə müdiri vəzifəsində fəaliyyət göstərib.
Aliyə
NOCOMMENT.az










