Həmin şagird həbs edildibackend

Həmin şagird həbs edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda sinif yoldaşına yanıq xəsarəti yetirməkdə ittiham olunan məktəbli cinayət məsuliyyətinə cəlb edilib.

NOCOMMENT.az xəbər verir ki, o bu gün məhkəmə qarşısına çıxarılıb.

Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, 286 nömrəli tam orta ümumtəhsil məktəbinin IX sinif şagirdi 2010-cu il təvəllüdlü yeniyetmə 2011-ci il təvəllüdlü sinif yoldaşının üzərinə spirt tökərək alışqanla yandırıb./Qafqazinfo/