M.Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasının direktoru Pərviz Hacıyev tutduğu vəzifədən ayrılıb. O, bu qərarı ilə bağlı sosial şəbəkə hesabında məlumat paylaşaraq bildirib ki, işdən çıxması barədə ərizəni öz istəyi ilə təqdim edib. Onun bu qəfil gedişi səhiyyə ictimaiyyəti tərəfindən maraqla qarşılanıb.
NOCOMMENT.az xəbər verir ki, Pərviz Hacıyevin vəzifəsindən ayrılmasına səbəb onun beynəlxalq miqyasda mühüm bir posta seçilməsidir.

Belə ki, həkim Avropa Uroloji Cəmiyyətinin komitə üzvü seçildiyini və bundan sonra elmi araşdırmalara, beynəlxalq layihələrə daha çox vaxt ayırmalı olduğunu vurğulayıb.










