Dəhşətli ixtira: Süni intellektlə ölənləri “dirildirlər”backend

Dəhşətli ixtira: Süni intellektlə ölənləri “dirildirlər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çində hazırlanmış süni intellekt sistemi, ölən insanların foto, video və səs yazılarından rəqəmsal klonlar yaradır.

NOCOMMENT.az xəbər verir ki, təxminən 3 dollara təklif olunan bu xidmət, istifadəçilərə yaxınlarının görünüşünü və səsini təqlid edən virtual versiyalara daxil olmağa imkan verir. Texnologiya diqqəti cəlb etsə də, onun etik və psixoloji təsirləri də müzakirələrə səbəb olur.

Sistem, istifadəçilər tərəfindən yüklənmiş fotoları, videoları və səs yazılarını təhlil edərək, şəxsin üzünü, ifadələrini və səs tonunu təqlid edən rəqəmsal personaj yaradır. Nəticədə əldə edilən süni intellekt klonu real insana çox oxşar görünüş və danışıq tərzi təklif edir.

Şəkillərdə mərhumun rəqəmsal versiyalarının danışdığı və hərəkət etdiyi anları göstərilir. İstifadəçilər bildirirlər ki, bu texnologiya sayəsində onlar virtual mühitdə yaxınları ilə “yenidən əlaqə” qura bilirlər.

Mətbuatda yer alan xəbərlərə görə, bu texnologiya bir tərəfdən yas prosesini dəstəkləmək potensialına görə müsbət qiymətləndirilsə də, etik müzakirələrə də səbəb olur.

Mütəxəssislər ölən şəxslərin rəqəmsal şəkildə canlandırılmasının psixoloji və hüquqi aspektlərinə diqqət çəkirlər.

Mütəxəssislərin fikrincə, bu cür tətbiqlər “rəqəmsal miras” və “süni intellekt avatarları” sahələrində yeni bir sektora qapı açır. Xüsusilə Çində sürətlə yayılan bu texnologiya gələcəkdə digər ölkələrdə də geniş yayıla bilər./lent.az/