Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən “Esmanur” uşaq bağçasıdan valideynlər şikayətçidir.
NOCOMMENT.az xəbər verir ki, valideynlərin sözlərinə görə, bağçada uşaqlar vəd olunan qidalarla təmin olunmurlar. İddia olunur ki, menyuda göstərilən qidalar əvəzinə uşaqlara daha keyfiyyətsiz məhsullar verilir. Belə vəziyyətin artıq bir neçə aydır davam etdiyi bildirilir.
Mövcud vəziyyətdən şikayətçi olan valideynlər uşaq başına 400 manat ödədiklərini, ancaq bu məbləğə uyğun xidmət göstərilmədiyini bildirib.
“Hər şey sadəcə görüntü olaraq bizə təqdim edilir. Daima kamera problemi yaşayırıq”.
Adıçəkilən bağçanın müdiri İlahə Xusiyeva bildirib ki, bütün bu məsələlər keçmiş işçi Pərvanə Ağayeva tərəfindən təşkil olunmuş təxribatdır./Unikal/









