ABŞ və İran arasında ikinci raund danışıqlar gözlənilirbackend

ABŞ və İran arasında ikinci raund danışıqlar gözlənilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistandakı rəsmi dairələr Hörmüz boğazında gərginliyin yenidən artmasına baxmayaraq, Vaşinqton və Tehran arasında diplomatik dialoqun bərpasına ümidlərini itirmirlər. “The New York Times” qəzetinin məlumatına görə, İranın bu yaxınlarda Hörmüz boğazında iki yük gəmisini ələ keçirməsi onsuz da kövrək olan danışıqlar prosesini ciddi təhlükə altına qalıb. Buna baxmayaraq, diplomatik kanalların tamamilə bağlanmaması üçün fəal iş aparılır.

NOCOMMENT.az xəbər verir ki, Pakistanın Baş naziri Şahbaz Şərif gərginliyi azaltmaq və tərəfləri yenidən masaya qaytarmaq məqsədilə İranın İslamabaddakı səfiri ilə görüşüb. Görüşdə tərəflər arasında gərginliyin yumşaldılması yolları geniş müzakirə olunub. İslamabad rəsmilərinin bildirdiyinə görə, vasitəçilik səyləri öz bəhrəsini verməkdədir və yaxın bir neçə gün ərzində birbaşa və ya dolayısı yolla ikinci raund danışıqların keçirilməsi ehtimalı olduqca yüksəkdir.

Ekspertlər qeyd edirlər ki, Pakistanın bu prosesdəki rolu regionda genişmiqyaslı müharibənin qarşısını almaq üçün həlledici ola bilər. ABŞ və İran arasındakı bu potensial görüş, xüsusilə dəniz nəqliyyatının təhlükəsizliyi və qarşılıqlı etimadın bərpası baxımından mühüm əhəmiyyət kəsb edir. Hazırda beynəlxalq ictimaiyyətin diqqəti İslamabaddan gələcək növbəti rəsmi açıqlamaya yönəlib.

Sara,
NOCOMMENT.az